Toyların canlı yayımı

Toyunuzu dünyanın istənilən yerinə canlı yayımlayın

Toya gələ bilməyən yaxınlarınız bir linklə canlı yayıma qoşulur və bu özəl gündə sizinlə birlikdə olur. Qeydiyyat yoxdur, tətbiq yükləmək lazım deyil.

Uzaqda olsan da, yanımızdasan.

Tanış vəziyyətdir?

Hər toyda kimsə qoşula bilmir.

Xaricdə yaşayan bacı, vizası çıxmayan əmi, yolu uzaq nənə, həmin gün növbədə olan dost…

Onlar üçün toy sonradan WhatsApp-da gələn bir neçə qısa video və şəkil olaraq qalır. Toyabax bu boşluğu doldurur.

Boş qalan yerlər, darıxan ürəklər

Kimlər üçündür

Hər ailədə Toyabax-a ehtiyacı olan biri var

🌍

Xaricdəki qohumlar

Mühacirətdə, təhsildə və ya işdə olan yaxınlar dünyanın istənilən yerindən toya qoşulur.

🏡

Gələ bilməyənlər

Yaşlı, xəstə, uzaq şəhərdə yaşayan və ya həmin gün işdə olan doğmalar evdən izləyir.

💌

Paylaşmaq istəyənlər

Toyu onlayn yayımlayıb linki dostlara, iş yoldaşlarına, tanışlara göndərin. Bu qədər sadə.

Necə işləyir

Dörd addım və bütün ailə bir yerdədir

  1. 01

    Toy yaradılır

    Tarix və detallar müəyyənləşən kimi toy sistemdə yaradılır. Link elə həmin an işləyir.

  2. 02

    Link paylaşılır

    Linki istədiyiniz adama göndərin. Toy gününə qədər qonaqlar geri sayımı görür.

  3. 03

    Efir başlayır

    Operatorumuz gəlir və ya videoqraf enkoderi mikserə qoşur. Zal ekranlarındakı görüntü birbaşa efirə çıxır.

  4. 04

    Hamı birlikdə

    Linki olan hər kəs toyu canlı izləyir, şəkillərə baxır və onları yükləyir.

İmkanlar

Toyunuz üçün lazım olan hər şey

Canlı yayım

Zaldakı ekranlarda nə göstərilirsə, qonaqlar da onu canlı görür.

PIN-kodla giriş

Yayıma yalnız kodu bilən qonaqlar qoşulur. Toy özəl qalır.

Qeydiyyatsız izləmə

Qonaq linkə toxunur və izləyir. Telefon, planşet, kompüter, hətta WhatsApp-ın içindən.

Canlı albom

Çəkilən şəkillər toy ərzində avtomatik yüklənir. Qonaqlar baxır və yükləyir.

Fasilə ekranı

İnternet bir anlıq kəsilsə, qonaqlar gözəl fasilə ekranı görür və yayım özü bərpa olunur.

Təkrar baxış

Toydan sonra yaxınlar yayımı yenidən izləyə bilir, cütlük isə yazını özündə saxlayır.

Canlı albom

Şəkillər toy bitmədən artıq qonaqlardadır

Toy ərzində çəkilən şəkillər avtomatik olaraq platformaya yüklənir. Xaricdəki xala elə həmin gecə şəkillərə baxır və istədiyini yükləyir. Gözləmə, flaşkart, ayrıca göndərmə yoxdur.

Avtomatik yüklənməBaxmaqYükləmək

Videoqraflar üçün

Mövcud avadanlıq. Heç bir əlavə yük.

Onsuz da zal ekranlarına görüntü verirsiniz. Biz sadəcə həmin siqnalı götürürük. Əlavə kamera və ya montaj lazım deyil.

Kameralar
Mikser
Enkoder
Toyabax
İzləyicilər

Variant A: bizim operator

Toy günü işçimiz gəlir və yayımı özü qurur. Siz işinizlə məşğul olursunuz.

Variant B: özünüz qoşursunuz

OBS, Larix, ATEM Mini, YoloBox və ya istənilən RTMP/SRT enkoder. Server və açarı daxil edirsiniz, vəssalam.

Tərəfdaşlıq

Şadlıq sarayları və videoqraflar üçün

Şadlıq sarayları

  • Müştərilərə yeni, müasir xidmət
  • Rəqiblərdən aydın fərqlənmə
  • Hər toydan əlavə gəlir mənbəyi
  • Sarayın adı xaricdəki izləyicilərə də çatır

Videoqraflar

  • Paketinizə premium xidmət əlavə edin
  • Mövcud avadanlıqla əlavə qazanc
  • İşiniz canlı efirdə dərhal görünür
  • Hər yayım yeni sifarişlər üçün reklamdır

Ailə üçün isə ən vacibi: heç kim kənarda qalmır.

Suallar

Tez-tez verilən suallar

Qonaqlar qeydiyyatdan keçməlidir?

Xeyr. Qonaq linkə toxunur və izləməyə başlayır. Toy PIN-kodla qorunursa, sadəcə kodu daxil edir.

Hansı cihazlarda izləmək olar?

Telefon, planşet və kompüterdə, adi brauzerdə. Linki WhatsApp-da açsanız, elə oradan da izləmək mümkündür.

Toyda internet kəsilsə nə olur?

Qonaqlar qısa fasilə ekranı görür. Bağlantı bərpa olunan kimi yayım avtomatik davam edir.

Toydan sonra yayıma baxmaq olar?

Bəli. Yaxınlar müəyyən müddət ərzində yayımı təkrar izləyə bilir, cütlük isə toyun yazısını öz linki ilə saxlayır.

Ödəniş necə aparılır?

Bir toy üçün bir dəfə ödəniş edilir. Qiymət izləyicilərin sayından asılı deyil.

Videoqrafım var. O nə etməlidir?

Enkoderi mikserə qoşub server və açarı daxil etməsi kifayətdir. İstəsəniz, bizim operator gəlib hər şeyi özü qurar.

Əlaqə

Növbəti toy Toyabax ilə.

Toyunuzu yayımlamaq və ya tərəfdaş olmaq istəyirsiniz? Məlumatlarınızı yazın, sizinlə əlaqə saxlayaq.